Ermənistanda gündəlik yoluxma sayı 500-ü ötdü
6 Mart 2021 11:48 DünyaErmənistanda son sutkada daha 508 nəfər COVID-19-a yoluxub, 4 nəfər isə ölüb.
Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 174 257-yə, pandemiyadan ölənlərin sayı isə 3 219-a yüksəlib.
Hazırda ölkədə 5 560 aktiv koronavirus xəstəsi var.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31