16 yaşlı qardaşını amansızlıqla öldürdü – ZİBİLİ ATMADIĞINA GÖRƏ
6 Mart 2021 11:31 DünyaTürkiyənin paytaxtı Ankara şəhərində 16 yaşlı oğlan öldürülüb.
Olaylar.az Publika.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Çankaya rayonunda Yıldırım Beyazit Universitetinin tələbəsi olan 20 yaşlı M.K özündən 4 yaş kiçik olan qardaşı K.K-nı amansızlıqla öldürüb. Vaideynlərinin evdə olmadığı vaxt dalaşan qardaşların münaqişəsi daha da kəskinləşib və M.K kiçik qardaşına 11 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
M.K könüllü şəkildə polisə təslim olub.
İlkin araşdırmalar zamanı M.K-nın 16 yaşlı qardaşını zibili atmaq üstündə yaranmış münaqişəyə görə öldürdüyü müəyyənləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31