Roma Papası Fransisk Bağdaddadır

Roma Papası Fransisk  İraqın paytaxtı Bağdad şəhərindədir.

Olaylar.az xəbər verir ki, İraq Baş naziri Mustafa əl-Kazimi Papa Fransiski hava limanında rəsmi  mərasimlə qarşılayıb. 

Papa Kazımi ilə görüşməsindən sonra Bağdadın Yaşıl Bölgəsindəki Prezident Sarayına gedəcək.  Prezident Berhem Salih Papanı rəsmi  mərasimlə qarşılayacaq.

Papa Fransiskin İraqa səfərini 8 martda başa vurması planlaşdırılır.

Qeyd edək ki, tarixdə ilk dəfə Papa İraqa səfər edir.

Gülər Seymurqızı
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31