Bitlis şəhidlərinə vida mərasimi Video

Olaylar.az xəbər verir ki, Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda bir hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 11 əsgər üçün Elazığ Hava Limanında vida mərasimi təşkil edilib.

Şəhidlər təyyarə ilə Ankaraya aparıldıqdan sonra orada  dövlət rəsmilərinin iştirakı ilə vida mərasimi  keçiriləcək.

Qeyd edək ki, Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda ötən gün hərbi helikopterin qəzaya uğramasına hava şəraitinin qısa zamanda kəskin dəyişməsinin səbəb olduğu ehtimal edilir.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31