Məzun olduğu məktəbə getdi, üstünə divar aşması nəticəsində həyatını itirdi
5 Mart 2021 11:26 DünyaTükiyənin Adana şəhərində 5-ci sinif şagirdi Pınar Tutak müəllimləri və dostlarını görmək üçün getdiyi ibtidai məktəbin divarının uçması nəticəsində ölüb.
Olaylar.az "Haberglobal"a istinadən xəbər verir ki, hadisə Yeşilyuva adlı ibtidai məktəbdə baş verib. 12 yaşlı Pınar Tutak ənənəvi təhsilin ilk günü dostları və müəllimlərini görmək üçün keçən il məzun olduğu ibtidai məktəbə gedib. Burada qardaşları və dostları ilə oyun oynayan zaman Perihan Tutakın üzərinə aşan divar onun ölümünə səbəb olub.
Xəbəri alan ailə məktəbin divarının çökməsində səhlənkarlığına görə rəhbərliyi şikayət edib.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31