8 bal gücündə zəlzələ baş verdi: Sunami sürətlə sahilə yaxınlaşır - Əhali təşviş içində / VİDEO

Yeni Zelandiyada baş verən rixter cədvəli üzrə 7,3 və 7,4 bal gücündəki zəlzələdən sonra növbəti güclü yeraltı təkan qeydə alınıb.

Olaylar.az xəbər verir ki, episentri Kermadec adası sahillərində yerləşən yeraltı təkanların gücü 8,1 bal olub. Tələfat barədə hələki məlumat olmasa da, ciddi dağıntıların olduğu deyilir. Zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Yerli dairələr sakinlərə sahilyanı ərazilərdən uzaqlaşmağı tövsiyyə edib. Əhaliyə yaxında olan ən yüksək yerlərə çıxması barədə çağırış edilib.

Metbuat.az

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31