Robert Koçaryan və Serj Sarkisyan üçün həbsxanaya  gedən yol açılır

"4 martda Ermənistan Prezidenti Armen Sarkisyanın Baş Nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında qaldırdığı vəsadəti imzalayacaq və bununla da Nikolun müxalifət üzərində qələbəsini möhkəmləndirəcək. Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırəlmamasından heç şübhəsiz ermənistanın sabiq Prezidentləri Robert Koçaryan və Serj Sakisyan narahatdırlar və bu narahatlıq başa düşüləndir. Çünki Paşinyan hakimiyyətə gələn kimi onun hədəfində olan və siyasi səhnədən uzaqlaşdırılmalarını söz verdiyi şəxslərin siyahisində bu iki ekslərin adı birinci gəlir. Buna görə də rusiyanın israrlı tələblərinə baxmayaraq  Nikol Koçaryan və sarqsyan haqqında başlanan cinayət işinə xitam vermədi və onlar ətrafında istintaq hərəkətləri hələ də davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu deyəm politoloq Əlimusa İbrahimovun sözlərinə görə, heç şübhəsiz müxalifətin hücumlarının və küçə yürüşlərinin qarşısı alındıqdan sonra keçmiş prezidentlər haqqında ölçü götermək Paşinyan üçün prioritet Baş Nazir postunu saxlamaq qədər prioritet məsələ olacaq. Onların hakimiyyətə yolunu bir dəfəlik bağlamaqla Nikol bir neçə siyasi məsələni birdəfəlik həll etmiş olur:

- Rusiyanın Ermənistanda dayaqlarına ciddi zərbə vurulur;

- Qarabağ klanı hakimiyyətdən tamamilə uzaqlaşdırılır;

- Qarabağ mövzusundan hakimiyyətə gəlmək üçün istifadə edənlərin ən böyük arqumentləri və dayaqları məhv edilir;

- Türkiyə və Azərbaycanla siyasi və iqtisadi əlaqələrin qurulması yolunda maneələrin böyük bir hissəsi dəf olunur.

"Robert Koçaryan və Serj Sarqsyanın susdurulması üçün Paşinyanın hansı vasitələrdən istifadə edəcəyini indidən demək mümkün deyil. Amma hesab edirəm ki, onun əlində Azərbaycan hüquq mühafizə orqanlarının bu iki Qarabağ və Xocalı cəlladına qarşı qaldırdığı  cinayət işi kimi çox ciddi bir silah da var.  Paşinyan hakimiyyətini  möhkəmləndirdikdən sonra təbii ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcəklər və Azərbaycan öz vətəndaşlarının qanını tökmüş qatilləri ədalət məhkəməsinə çəkmək üçün onları Ermənistandan tələb edəcək. Əlbəttə ki, eyni zamanda İnterpol yolu ilə tələb olunanlar siyahisində Robert Koçaryan və Serj Sarksiyanın adı birinci olacaq və Sarqsyanın Xocalı soyqırımını törətməkdə məqsədini izah etdiyi o məşhur ifadələr ona qarşı ən güclü sübut kimi istifadə olunacaq. Deməli Paşinyan Koçaryan və Sarqsyanın günahsız insanların qatili qismində Azərbaycana təhvil verilməsi yaxın gələcəkdə baş verə biləcək reallıq kimi görünür. Bu hərəkəti ilə Paşinyan Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq istiqamətində uğurlu addım atar və Türkiyə və azərbaycanın potensialından istifadə edərək Ermənistanın iqtisadi vəziyyətini düzəldər və bu istiqamətdə erməni xalqına vermiş olduğu vədləri yerinə yetirərdi.

Məhz Azərbaycan türmələrində çürümək qorxusu bu gün Koçaryan və Sarqsyan Paşinyana qarşı birləşməyə məcbur edir. Bu iki eks prezidenti heç birinin arxasında kifayət qədər qüvvə mövcud deyil və onlar özləri də hakimiyyətə yaxın buraxılmayacaqlarını əvvəldən bilirlər. Sadəcə onlar sehirli çubuğa- Rusiyaya ümid edirdilər ki, Rusiya da hələ Paşinyan fenomenini sındıra bilmir. İlk baxışdan cılız və köməksiz görünən Paşinyan həqiqətə Rusiyanın boğqzənda ilişən kal armud olub. Nə uda bilir, nə də çıxara. Beləliklə, yaxın gələcəkdə Robert Koçaryan, Serj Sarqsyan və onun ətrafında olan Qarabağ cəlladlarının Azərbaycan türmələrinin sakinlərinə  çevrilmələrinə hadisələrin real inkişafı kimi baxmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31