Co Bayden Putini ABŞ üçün “fövqəladə və ciddi təhlükə” ADLANDIRDI

ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.

Olaylar.az-ın məlumatına görə, ABŞ prezidenti Co Bayden 2014-cü ildə Krım və Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini bir il uzadıb.

Sfera.az bildirir ki, bu barədə dövlət başçısının Konqresə göndərdiyi sənəddə deyilir. Sözügedən sənədin mətninə görə, Bayden hesab edir ki,  7 il əvvəl bir sıra prezident fərmanları ilə Rusiyaya qarşı tətbiq olunan fövqəladə vəziyyət 6 Mart 2021-ci ildən sonra da qüvvədə qalmalı və daha bir il müddətinə  uzadılmalıdır.

Belə bir qərarın verilməsi sənəddə belə əsaslandırılır: dövlət başçısının (Putinin-red.) fərmanlarında öz əksini tapan hərəkətləri və yürütdüyü siyasət hələ də "ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün olduqca ciddi və fövqəladə təhlükə yaradır".

Fevralın 26-da Ağ Evin saytında  Baydenin bəyanatı yer alıb. Sözüegedən bəyanatda Amerika prezidenti Krımı Ukraynanın ayrılmaz hissəsi adlandırıb. Onun sözlərinə görə, Rusiya 7 il əvvəl qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə təcavüz etməklə beynəlxalq hüququ pozub. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31