Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb, ölənlərin sayı məlum deyil

Cənubi Sudanda sərnişin təyyarəsinin havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Olaylar.az xəbər verir ki, Kuba Beynəlxalq Hava Limanı direktoru Kur Kuol  Anadolu Agentliyinə verdiyi açıqlamada "South Supreme " şirkətinə məxsus təyyarənin yerli vaxtla saat 18:00 radələrində havaya qalxdığını və  bir neçə dəqiqə sonra qəzaya uğradığını bildirib. Qəzanın səbəbi və  həyatını  itirənlərin sayı  hələ  də məlum deyil. 

Cənubi Suadan mətbuatı qəzada 10 sərnişin və 2 pilotun öldüyünü  yazıb.

Qeyd edək ki, eyni aviaşirkətin təyyarəsi əvvəllər də oxşar şəkildə qəzaya uğrayıb.  Şirkət qəzanı hələ də rəsmi  elan etməyib. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31