Afrikada 80 miqrant dənizə atıldı, onlardan 20-si öldü

Şərqi Afrikanın Cibuti Respublikasında  qaçamalçılar 80 miqrantı dənizə  atıb, onlardan 20-si  həyatını  itirib. 

Olaylar.az xəbər verir ki, bu  barədə  Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)  məlumat verib. BMqT-nin Bölgə Direktoru Muhammed Abdiker "Twitter"də bir qaçaqçı qayığından  atılan 80 miqrantdan ən az 20-nin Cibutinin Obock çimərliyində öldüyü bildirilib. 

Minlərlə Afrikalı gəncin Körfəz ölkələrinə çatmaq üçün Yəmənə keçməyə çalışdıqlarını xatırladan Abdiker,  bunun son 6 ayda üçüncü oxşar faciə olduğunu və bugünədək 70-dən çox insanın öldüyünü qeyd edib.

Mühafizəçilərdən qorxan qaçaqmalçılar  bəzən qaçmaq üçün mühacirləri dənizə atırlar.

 Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31