Paşinyanın istefasını tələb edən jurnalist ÖLDÜ

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən jurnalist Sosi Xanikyan ölüb.

Olaylar.az unikal.org-a istinadən bildirir ki, o, dünən  müxalifətin etiraz aksiyasında iştirak edib və evə qayıdarkən avtomobil qəzasında dünyasını dəyişib.

Bildirək ki, uzun illər İctimai TV-də redaktor və ssenarist kimi çalışıb, bir sıra mahnıların sözlərinin, o cümlədən erməni müğənni Sevak Xanaqyanın səsləndirdiyi "Artsax" mahnısının müəllifidir. Qarabağ müharibəsi günlərində və müxalifətin mitinqlərində bu mahnı tez-tez səsləndirilirdi.

Hadisə ilə bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31