Rusiyada 60-a yaxın şagird zəhərləndi: vəziyyətləri ağırdır

Rusiyanın Krasnoyarsk şəhərində bir sıra məktəblərdə 60-a yaxın şagird zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, şagirdlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, hazırda 56 nəfər müalicəsini davam etdirir. Zəhərlənən uşaqlar 7-14 yaş arasındadır.

Zəhərlənmənin məktəblərdə verilən salatla əlaqədar olduğu ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31