İrandan silahlar bu yolla daşınır - Tehranın əməli ifşa olundu
2 Mart 2021 12:43 Dünyaİran Suriyaya silah daşımaq üçün zəvvarların avtobuslarından istifadə edir.
Olaylar.az xəbər verir ki, Suriyaya daşınan silahların koalisiya qüvvələri tərəfindən hədəfə alınması Tehranı bu yola əl atmağa vadar edib. Suriyalı jurnalistlərin sözlərinə görə, gün ərzində 50-60 avtobus Dəməşqə gəlir.
Zəvvar axınının dəfələrlə artdığına diqqət çəkən jurnalistlər, əslində bunun silah daşınması üçün həyata keçirildiyini iddia edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31