Kuryer 12-ci mərtəbədən düşən körpəni xilas etdi Video

Vyetnamda binanın 12-ci mərtəbəsindən yıxılan 3 yaşlı qızı kuryer xilas edib.

Vyetnamda binanın 12-ci  mərtəbəsindən yıxılan 3 yaşlı qızı kuryer xilas edib.

Olaylar.az xəbər verir ki, çatdırılma xidməti üçün binanın girişində gözləyən kuryer qəfil qonşuların qışqırıq səslərini eşidib. 3 yaşlı  qızın  eyvandan yıxıldığını görən kuryer əllərini uzadıb gözləməyə başlayıb və  kiçik qız yerə  düşmədən onu xilas edib.

Kuryer yüngül xəsarət alsa da, uşağın qol və  ayaqlarında kiçik qırıqlar olub.

Vdeoya aşağıdakı linkdən baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=5sFMgBBWJPg

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31