Mərkəzi Bankın valyuta ehtiyatları artıb
2 Mart 2021 11:08 Dünya2021-ci il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,368 milyard dollar təşkil edib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın hesabatında əksini tapıb. Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalıb. Eyni zamanda, 2021-ci il fevralın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0,04 faiz və ya 2,4 milyon dollar artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31