Əsas odur ki, həqiqət bərpa olundu - Peskov Paşinyanın etirafı barədə
1 Mart 2021 15:27 DünyaƏsas odur ki, həqiqət bərpa olunub.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raketləri ilə təkrar açıqlamasını şərh edərkən deyib.
D.Peskov Kremlin erməni baş nazirinin açıqlamasından məmnun qaldığını bildirib.
Qeyd edək ki, N.Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı "İsgəndər" raketinin səmərəsizliyi barədə yanlış məlumatlandırıldığını etiraf edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31