Rusiya Hərbi Hava Qüvvələrinə məxsus helikopter Suriyada qəzaya uğradı

Ötən gün axşam saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus helikopter Suriyanın Şimal-Şərqində Qasimıyyə qəsəbəsi yaxınlığına düşüb.

Olaylar.az xəbər verir ki, qəza  nəticəsində helikopterin pilotları həyatını itirib.  Mütəxəssislərin fikrincə, qəzaya səbəb texniki nasazlıq olub.

Mehdi Səlim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31