Gəlin toy günü magistraturaya imtahan verdi - VİDEO
1 Mart 2021 12:23 DünyaTbilisidə gəlin toy günü magistraturaya onlayn qaydada imtahan verib.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, gəlin fotosessiyanın ortasında çəkilişlərin dayandırılmasını xahiş edib.
Gənc qız mobil telefon vasitəsilə test suallarını cavablandırıb.
Cütlüyün sözlərinə görə, onlar əvvəlcə toy günlərini təyin ediblər, daha sonra isə gəlinin elə həmin gün imtahan verməli olduğunu biliblər. Lakin onlar nə toyun, nə də imtahanın tarixini dəyişmək istəyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31