Misirli jurnalist ölkəsinə qayıtdıqdan sonra yoxa çıxdı
Misirli jurnalist Camal əl-Camel Misirə qayıdarkən Qahirə hava limanında yoxa çıxıb.
1 Mart 2021 10:57 DünyaMisirli jurnalist Camal əl-Camel Misirə qayıdarkən Qahirə hava limanında yoxa çıxıb.
Olaylar.az xarici KİV-nə istənadən xəbər verir ki, bu barədə məlumatı jurnalistin oğlu verib.
Misir Jurnalistlər Birliyinin üzvü olan jurnalist Camal əl-Camelin İstanbuldan Misirə qayıdarkən Beynəlxalq Qahirə Hava Limanında tutulduğu iddia edilib.
Jurnalistin taleyi barədə hələ də xəbər yoxdur. Camalın həbs olunduğunu təsdiqləyən bəzi Misirli jurnalistlər onun ərbəst buraxılmasını tələb ediblər.
Qeyd edək ki, Camal 2014-cü ildə Misirdə çıxan "Egypt al-Yevm" qəzetində Misir Prezidenti Əbdül Fəttah əs-Sisini tənqid edən bir məqalə yazmasından sonra ona xəbərdarlıq edilib. Camal prezident ilə etdiyi 20 dəqiqəlik telefon danışığından sonra Türkiyəyə gedib.
Gülər Seymurqızı