Finlandiya üç həftəlik karantin elan edib

COVID-19-un yenidən sürətlə yayılması Finlandiya hökumətini sərt karantin rejimini təkrar tətbiq etməyə məcbur edib. Ölkədə martın 8-dən 28-dək sərt karantin elan ediləcək. Məlumatı ölkənin baş naziri Sanna Marin açıqlayıb.

O bildirib ki, həmin müddətdə təhsil distant formaya keçiriləcək, uşaqlara aid bütün növ tədbirlər qadağan olunacaq, restoranlar bağlanacaq. Epidimioloji vəziyyətin normal olduğu bir sıra regionlarda məhdudiyyətlər tətbiq edilməyəcək.

Hazırda Finlandiyada yeddi bölgə (paytaxt da daxil olmaqla) koronavirusun aktiv yayılma mərhələsindədir. Sanna Marin, müxtəlif tədbirlərlə yanaşı bu ərazilərdə altı nəfərdən çox qrup halında toplaşmamağın tövsiyə olunduğunu bildirib.

"İki sahil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31