Kreml: Qarabağ razılaşması üçün təhlükə görünmür
26 Fevral 2021 15:00 Dünya"Ermənistanda baş verənlər hələlik Qarabağa dair əldə olunmuş razılaşmanın həyata keçirilməsinə təhlükə törətmir".
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitriy Peskov mətbuat konfransında bildirib.
Kreml rəsmisi həmçinin Ermənistandakı hadisələrə baxmayaraq Qarabağ razılaşmasının yerinə yetirilməsi yolu ilə irəliləməyin zəruriliyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31