Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu

Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu

Moskvanın Nikulinski məhkəməsi Ermənistandan olan 7 miqranta 2 il həbs cəzası verib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Moskvada Azərbaycan restoranına hücum edn Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt, Nareq Petrosyan və Razmiq Sahakyan Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

Xatırladaq ki, ötən ilin iyul ayında Moskvada Bratislava küçəsində yerləşən Azərbaycan restoranına hücum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31