Nikol Paşinyan Ermənistanı tərk etməyəcəyini deyib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni tərk etməyəcəyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan tərəfdarları ilə birlikdə İrəvanın mərkəzində keçirdiyi yürüş zamanı deyib.

N. Paşinyan onun ölkəni tərk etməsinə dair yayılan xəbərləri informasiya terroru kimi qiymətləndirib: "Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır".

Qeyd edək ki, sosial şəbəkələrdə N. Paşinyanın ölkəni tərk edəcəyinə dair xəbərlər yayılıb.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31