Kremldən Paşinyanın “İsgəndər”lərin yararsız olması barədə dediklərinə cavab

Rusiya hərbi texnikası dəfələrlə öz effektivliyini nümayiş etdirib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın "İsgəndər" operativ-taktiki raketlərinin yararsız olması barədə dediklərinə münasibət bildirərkən deyib.

"Biz bunu şərh etmirik. Rusiya texnikası dəfələrlə öz effektivliyini dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib", - deyə Kremlin sözçüsü vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31