Kremldən Ermənistandakı hadisələrə münasibət
25 Fevral 2021 14:08 Dünya"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir".
Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov söyləyib.
"Biz bu hadisələri yalnız Ermənistanın daxili işi hesab edirik. Vəziyyət konstitusion nəzarət altında qalmalıdır", - o bildirib.
D.Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" raket kompleksi barədə dediklərinə isə cavab verməyib.
(report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31