Gürcüstanda koronavirusa yoluxanların sayı 269 mini ötüb
24 Fevral 2021 12:27 DünyaGürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 443 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 269 439, ölənlərin sayı isə 3 463 nəfərə çatıb.
Virusa yoluxanlardan 263 257 nəfərin sağaldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31