Faciəli şəkildə ölən müəllimə ilə bağlı SİRLƏR AÇILDI - Polis ilə gizli eşq yaşayırmış
24 Fevral 2021 11:10 DünyaSerbiyada 2 uşaq atası 31 yaşlı polis məmuru gizli eşq yaşadığı qadının onu tərk etməsinə əsəbləşərək özünü və sevgilisini maşında partladıb.
Olaylar.az xəbər verir ki, Serbiyada Vojvodina bölgəsində yaşayan evli, 2 uşaq atası Pavle Rakonjak, qızının getdiyi bağçada dərs deyən müəllimə ilə gizli eşq yaşayıb. Məmur və Marina adlı sevgilisi 2 ilə yaxın gizli münasibətdə olublar. Bağça müəlliməsi olan gənc qadın sevgilisindən ayrılmaq istəyib. Marinanın yaxın dostları bildiriblər ki, o sevgilisindən ayrılıb, həyatında yeni səhifə açmağa qərar verib. Hətta buna görə işdən də çıxıb. Lakin Rakonjak sevgilisinin ayrılmaq fikrindən daşınmadığını görüb, əsəblərini cilovlaya bilməyib. O sevgilisinin və özünün olduğu chr("39")chr("39")Opel Vecrtachr("39")chr("39") markalı avtomobilini əl bombası ilə partladaraq havaya uçurub. Nəticə də hər iki aşiq partlama nəticəsində həyatını itirib. (ölkə.az)