Xamneyi animasiyalardakı qadın personajlarla bağlı fətva verdi

İran İslam Respublikasının dini lideri Ayətullah Əli Xamneyinin yeni fətvası animasiyalardakı qadın personajların hicab taxması ilə bağlı olub.

Olaylar.az xəbər verir ki, dini lider animasiyalardakı qadın personajların hicab taxmasının vacib olduğunu bildirib.

Bunun İranda nümayiş olunan cizgi film və seriallara necə təsir edəcəyi isə  yaxın günlərdə görünəcək.

Qeyd edək ki, İran İslam Respublikası qurulduğu gündən  bəzi din xadimləri və dini qruplar qadınların çadrasız göründüyü xarici filmlərin və serialların nümayişinə qarşı çıxıblar.

Xamneyi isə son illərdə qadınların ictimai yerlərdə velosiped sürməsini qadağan edən bir fətva yayımlasa da,  qadınlar fətvaya cavab olaraq velosiped sürərkən çəkdikləri fotoları sosial media hesablarında paylaşmışdılar.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31