Pekində restoranda güclü partlayış - VİDEO

Çinin paytaxtı Pekin şəhərində yerləşən restoranlardan birində partlayış baş verib.

Bu barədə Rusiya mətbuatı yazıb.

Hadisə fevralın 23-də yerli vaxtla 08:15-də baş verib. Hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Partlayış nəticəsində restoranın bir hissəsi dağılıb.

Ölən və yaralılar barədə ilkin məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31