"Türk əclafı, ləyaqətin yoxdur!": Ermənistanda aksiyalar - SAXLANILANLAR VAR
23 Fevral 2021 13:24 DünyaErmənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edənlər hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.
Olaylar.az bu barədə "Novosti Armeniya"ya istinadən xəbər verir.
N.Paşinyan binaya girərkən aksiyaçılar "Satqın eşşək!", "Nikol satqın!", "Türk əclafı, ləyaqətin yoxdur!" və başqa şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları hökumət evinə giriş qapılarını bağlamağa cəhd göstərib. Binanın qarşısına cəlb edilən polis əməkdaşları etirazçıları oradan uzaqlaşdırmağa başlayıb.
Polis 25 nəfəri saxlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31