Koronavirus yaponlara təsir etməyib: Ölüm sayı kəskin azalıb

Yaponiyada 2020-ci ildə doğulan uşaqların sayı rekord həddə azalaraq  872 683-ə düşüb.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, Yaponiyada 2020-ci ildə doğulanların sayı 2019-cu illə müqayisədə 25 917 nəfər azdır.

Ölənlərin sayı isə 2019-cu ilə nisbətən 2020-ci ildə 9 373 nəfər azalaraq 1 384 544-ə düşüb. İl ərzində qeydə alınan nikah sayı isə 78 069 azalıb və 537 583 təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31