Kriptovalyutadan ən çox istifadə edən ölkə hansıdır?

Dünya İqtisadi Forumu ən çox kriptovalyuta istifadə edən ölkələri açıqlayıb.

"İki sahil" bildirir ki, Avropa, Asiya, Amerika və Afrika qitəsi də daxil olmaqla, 74 ölkə üzrə aparılan araşdırmaya görə, Nigeriya 33% göstərici ilə birinci yerdədir. Vyetnam 21%-lə ikinci, Filippin 20%-lə üçüncü, Türkiyə isə dünya üzrə 16%-lə dördüncü yerdə qərarlaşıb.

Kriptovalyutadan istifadə göstəricilərinə görə dünyada dördüncü yerdə qərarlaşan Türkiyə, həm də Avropa birincisi olub. Avropada Türkiyədən sonra kriptovalyutadan istifadə üzrə növbəti yerləri İsveçrə və Yunanıstan tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31