Rusiyada üçüncü yerli vaksin qeydiyyatdan keçdi

Rusiya yaxın gələcəkdə ölkənin koronavirusa qarşı 3-cü peyvəndi - "KoviVak"ın istehsalına başlayacaq.

Olaylar.az  xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin açıqlama verib. Qeyd edilib ki, COVID-19 infeksiyasına qarşı üçüncü vaksin artıq qeydiyyatdan keçib.

"Yaxın gələcəkdə, üçüncü preparat olan "KoviVak" üzrə sənaye istehsalı xətti işə salınacaq",-deyə Mişustin qeyd edib. 

Mişustin artıq 10 milyon doza "Sputnik V" və təxminən 80 min doza "EpiVacCorona" vaksininin istehsal edildiyini də bildirib.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31