Misirdə avtobus qəzası: 3 Ukrayna vətəndaşı yaralanıb
19 Fevral 2021 23:44 DünyaMisirdə səhər tezdən bir turist avtobusu qəzaya uğrayıb. Həmin qəzada Ukraynanın üç vətəndaşının yaralandığı və onlardan birinin ağır vəziyyətdə olduğu məlumdur.
Bu barədə, Ukraynanın Misirdəki səfiri Yevgeni Mikitenko xəbər verib.Onun sözlərinə görə, məlum olub ki , Misirin Şarm əl-Şeyx- Qahirə magistralında baş verən yol qəzası nəticəsində üç Ukrayna vətəndaşı yaralanıb. Bu barədə həmçinin Ukraynanın Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko "Twitter" hesabında paylaşım edib.
Ukraynanın Misirdəki səfiri Yevgeni Mikitenko "Ukrayna 24" telekanalının efirində hadisənin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, turist avtobusu səhər yerli vaxtla 6.00-da qəzaya uğrayıb: "Ukraynadan nə qədər turistin olduğu dəqiq bilinmir, bu məsələ dəqiqləşdirilir. Üç soydaşımızın yaralandığı məlumdur. Onlardan biri ağır, ikisi daha yüngül yaralanıb. "
Diplomat, həmçinin qeyd edib ki, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Mikitenko, eyni zamanda qəzanın Ukraynanın Misirdəki səfirliyindən 450-500 km məsafədə baş verdiyini söyləyib. Səfirin dediyinə görə, bu Sinay yarımadasının kənarındadır.
iki sahil