Ermənistanda koronavirusa yoluxanların sayı 170 mini ötdü

Ermənistanda son sutkada daha 191 nəfər COVID-19-a yoluxub, 2 nəfər isə ölüb.

Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Operativ Qərargah hansı qərarlarını dəyişəcək? - Toylar və metro...

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 011-ə, ölənlərin sayı isə 3 158-ə yüksəlib.

Hazırda ölkədə 4 266 aktiv koronavirus xəstəsi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31