"Whatsapp"dan yeni açıqlama

Bir müddət öncə "Whatsapp"ın "Facebook" ilə  yeni gizlilik sözləşməsi istifadəçilərin narazılığna səbəb olsa da, bu məsələ ilə bağlı hər hansı geri addım atılmayacaq.

Olaylar.az xəbər verir ki, "Whatsapp" "yeni gizlilik şərtləri haqqında ətraflı məlumat" başlığı ilə istifadəçilərinə xatırlatma göndərəcək.

Qeyd edəki ki, yeni gizlilik şərtlərinin istifadəçilər tərəfindən səhv anlaşıldığını bildirən  "Whatsapp" qərarın qüvvəyə minməsini 8 fevral tarixindən may ayının 15-dək uzadıb.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31