Qaribaşvili Gürcüstanın baş naziri olacaq
18 Fevral 2021 17:45 DünyaGürcüstanda hakim "Gürcüs arzusu - Demokratik Gürcüstan partiyası" baş nazir vəzifəsinə hazırkı müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu partiyanın sədri İrakli Kobaxidze deyib.
O bildirib ki, yeni baş nazirin təyinatı ilə bağlı səsvermənin sabah keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstanın baş naziri olub.
Bu gün səhər saatlarında Georgi Qaxariya vəzifəsindən istefa vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31