4 metr uzunluğunda olan timsahın mədəsindən insan qalıqları çıxdı

Avstraliyanın "Queensland" əyalətində bir adadın sahillərində uzunluğu 4.2 metr olan timsahın mədəsindən insan qalıqları çıxıb.

Olaylar.az xəbər verir ki, bu qalıqlar bir həftə öncə itən 69 yaşlı balıqçı Androv Hearda məxsusdur.

O,  qayığı ilə  balıq ovuna çıxdıqdan sonra geri dönməyib. Fevral ayının 12- də balıqçının gəmisində timsah izləri tapılıb. Ehtimal edilir ki, timsah balıqçının gəmisinə hücum edərək onu udub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31