Öldürülən jurnalistin nişanlısı danışdı

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının nişanlısı Hatice Cengiz qətlin araşdırılmasında Baydenə ümidli olduğunu dilə  gətirib.

Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hatice Cengiz Trampın prezidentliyi  dövründə bu qətlin səbəbi açıqlanmasa da prezident Baydenin cinayətkarları məsuliyyətə cəlb edəcəyini vurğulayıb.

Hatice Cengiz dünyanın bir çox siyasətçi və liderləri ilə görüşdüyünü, oxların Səudiyyə Ərəbistanının güclü vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı göstərdiyini vurğulayıb.

 "Həqiqəti bilənlər həqiqəti söyləməlidir. ABŞ həqiqəti bilir. Amerikalılar qatili kimin sifariş etdiyini və qatilləri kimin göndərdiyini bilirlər"

Xatıradaq ki, 2018-ci ilin 2 oktyabr tarixində  Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedən  jurnalist Camal Qaşıqçıdan bir daha xəbər alınmayıb. Cinayətdən bir müddət sonra Qaşıqçının nə vaxt, harada və necə öldürüldüyünə dair məlumatlar ortaya çıxsa da, cəsədinin yeri  hələ də məlum deyil.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31