İranda zəlzələdə xəsarət alanların sayı 40 nəfəri ötüb
18 Fevral 2021 12:51 DünyaÖtən gün İranda baş vermiş zəlzələ nəticəsində ən azı 42 nəfər xəsarət alıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün "Gənc jurnalistlər klubu" agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, İranda 5,6 bal gücündə zəlzələ baş verib. İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31