Trampa məxsus 39 mərtəbəli bina partladıldı

ABŞ-ın Nyu-Cersi ştatının Atlantik Siti şəhərində əvvəllər otel və kazino kimi fəaliyyət göstərən 39 mərtəbəli məşhur "Trump Plaza" kimi tanınan bina sökmək məqsədilə partladılıb.

Olaylar.az BAKU.WS-ə istianadən xəbər verir ki, binanın partladılması anı yerli "nj.com" portalının "youtube" kanalında yayımlanıb.
Binanın sökülməsini bir çox şəhər sakini izləyib.

Qeyd edək ki, bina 1984-cü ilin mayında istifadəyə verilib, şəhərdəki sayca onuncu qumarxana kimi fəaliyyət göstərir, lakin 2014-cü ildə bağlanıb.

2016-cı ildə fəaliyyətini dayandırdıqdan sonra onun mülkiyyəti "Trump Entertainment Resorts"dan "Icahn Enterprises"ə təhvil verilib.

Atlantik Şəhər Bələdiyyə Başçısı Marti Smoll 2020-ci ildə binanın sökülməsi ilə bağlı əmr imzalayıb.

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31