Hakerlər Covid-19 peyvəndi haqqında məlumatları oğurlamağa çalışdılar

Şimali Koreyanın dəstəklədiyi  hakerlər qrupları Covid-19 peyvəndi haqqında məlumatları oğurlamağa cəhd ediblər.

Olaylar.az xəbər verir ki,  bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti məlumat yayıb. İddialara görə ölkənin hakerləri "BioNTech-Pfizer" peyvəndi haqqında məlumatlar oğurlamaq istəyiblər.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında da  Microsoft "Pfizer" daxil olmaqla ən azı 9 səhiyyə təşkilatının Şimali Koreya və Rusiyanın dəstəklədiyi haker qrupları tərəfindən hədəf alındığını iddia etmişdi.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31