Türkiyə yenə silkələndi

Türkiyənin Tunceli şəhərinin Pülümür rayonunda 4,1 bal gücündə zəlzələ olub.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ saat 13:02 radələrində 9.74 kilometr dərinlikdə baş verib.

Dağıntı və itkilər qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31