Puluna görə 71 yaşlı kişiyə ərə getdi
17 Fevral 2021 16:10 DünyaKanadalı produser Deyvid Fosterlə ailə həyatı quran aktrisa Ketrin Makpi tənqidlərə tuş gəlib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, Ketrinin sosial şəbəkə hesabından "Sonsuza qədər sevgilim. Ən yaxşı dostum. Ən yaxşı insan. Motivasiya mənbəyim" kimi sözlər paylaşması istifadəçiləri qıcıqlandırıb.
Onlar Makpiyə əri ilə puluna görə evləndiyini bildirib. Cütlüyün olduqca böyük yaş fərqi var.
Belə ki, Deyvid 71, Ketrin isə 36 yaşındadır.
Bəzi sosial media izləyiciləri isə Ketrinin Fosterin artıq 5-ci arvadı olduğundan bu evliliyi rəsmi nikah adlandırmayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31