CAR Hindistandan aldığı 1 milyon doza peyvəndi
16 Fevral 2021 16:17 DünyaCənubi Afrika Respublikası (CAR) Hindistan Serum İnstitutundan aldığı 1 milyon doza peyvəndi geri qaytarır.
APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, COVID-19-a qarşı peyvənd fevralın əvvəllərində CAR-a göndərilib.
Ötən həftə CAR-ın səhiyyə naziri ölkədə yayılan 501Y.V2 koronavirus variantının yüngül və orta dərəcəsinə qarşı peyvəndin minimal effektivlik göstərdiyini bildirib.
Nazir qeyd edib ki, onun ölkəsi "AstraZeneca" ilə peyvəndlənməni dayandırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31