Fransanın dövlət orqanlarına KİBERHÜCUM
16 Fevral 2021 16:09 DünyaFransanın bir sıra dövlət qurumları və şirkətləri kiberhücuma məruz qalıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Le Figaro" Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyinə (ANSSİ) istinadən məlumat yayıb.
Kütləvi hücumun arxasında rus hakerlərin dayandığı ehtimal olunur. Hücum Rusiya ordusu ilə əlaqəli olduğu düşünülən "Sandworm" qrupunun əvvəlki fəaliyyətləri ilə bir sıra oxşarlıqlar daşıyır.
Xəbərə görə, aralarında "Airbus", "Air Fance", "Bolloré", EDF, "Orange" və Ədliyyə Nazirliyinin "Centreon" şirkətləri olan qurumlara kiberhücumlar 2017-ci ildən 2020-ci ilə qədər davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31