Tanınmış gimnast daha porno çarxlarda görünməyəcək
16 Fevral 2021 14:49 DünyaGimnastika üzrə Hollandiya millisinin sabiq üzvü növbəti sənətindən də üz döndərib.
Olaylar.az xəbər verir ki, Verona van de Leur pornostudiya karyerası ilə vidalaşıb. Vaxtilə sevgilisi, daha sonra qaradərililərlə porno çarxlara çəkilən və bunu müxtəlif saytlara satan idmançı artıq özünə yeni iş yeri tapıb.
Verona Hollandiyanın ayrı-ayrı bölgələrində idmandakı zorakılığın qarşısının alınması ilə bağlı dərslər deyir. Başqa cür desək, idman hüquqşünası kimi fəaliyyətə başlayıb. O həm də teatr aktyorluğunu bacarır. Sadəcə, pandemiya qadağalarına görə səhnəyə çıxa bilmir. 35 yaşlı qadının dediyinə görə, porno səhnələrdə görünmək vaxtilə marağına səbəb olan həvəs imiş. Lakin heç vaxt buna daimi iş kimi baxmayıb.
Qeyd edək ki, Verona 2002-ci ildə sərbəst hərəkətlər üzrə dünya ikincisi olub. Həmçin il keçirilən Avropa çempionatını da gümüş medalla başa vurub.
2011-ci ildə Van de Leur şantaja görə həbs olunaraq 72 gün türmədə "yatıb". Buna qədər isə valideynləri ilə dalaşıb evdən çıxıb küçələrdə gecələyirmiş.