Hindistanda avtobus körpüdən su kanalına düşdü - 40 ölü

Hindistanda 46  nəfərlik sərnişin avtobusun su kanalına düşməsi nəticəsində  40  nəfər ölüb.

Olaylar.az  Anadolu Agentliyinə  istinadən xəbər verir ki, Patna kəndi yaxınlığında hərəkət edən avtobus körpüdən kanala düşüb. 6 sərnişini xilas etmək mümkün olub.

Qeyd edək ki, Hindistanda hər il  köhnə nəqliyyat vasitələri  və təmirsiz yollar səbəbindən baş verən qəzalarda 100 mindən çox insan ölür.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31