Ceyson Miller: "Yaxın vaxtlarda Tramp haqqında çox şey eşidəcəksiniz"
16 Fevral 2021 12:03 DünyaABŞ-ın keçmiş prezidenti Donald Tramp impiçment işi başa çatdıqdan dərhal sonra ABŞ-ın siyasi həyatına qayıtmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu haqda məlumatı Associated Press yayıb.
Agentliyin məlumatına görə, Tramp ölkədəki siyasi çəkisini bərpa etməyə çalışacaq. Əvvəlcə respublikaçılarla işləyən media qurumlarına bir neçə müsahibə verəcək.
Trampın köməkçisi Ceyson Miller "Düşünürəm ki, yaxın vaxtlarda onun haqqında daha çox şey eşidəcəksiniz", - deyib.
Trampın 2022-ci ildə keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatası və Senat üzərində nəzarəti ələ keçirməyə çalışmağı planlaşdırdığı qeyd edilir. O, həmçinin impiçmentini dəstəkləyən respublikaçılara təzyiq etməyi planlaşdırır. qaynarinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31