Meymunlar 8 günlük uşağı oğurlayaraq öldürüb
16 Fevral 2021 11:52 DünyaHindistanın Thanjavur şəhərində meymunlar evə girərək 8 günlük qız uşağını oğurladıqdan sonra körpə su dolu xəndəkdə ölü tapılıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, fevral ayının 13-də evə girən meymunlar əkiz qızları oğurlamaq istəyiblər. Qızlardan biri qonşular tərəfindən geri alınsa da, digər körpəni heyvanların əlindən almaq mümkün olmayıb.
Ananın sözlərinə görə, hadisə o, ayaqyolunda olduğu zaman baş verib.
Axtarış tədbirlərindən sonra isə 8 günlük körpə xəndəkdə ölü tapılıb.
Qeyd edək ki, belə hadisələr Hindistanda ilk dəfə yaşanmır. İki il bundan öncə 16 günlük körpə meymunlar tərəfindən oğurlandıqdan sonra quyunun dibində ölü tapılmışdı.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31